Youtubeda video niyə donur? – ARAŞDIRMA

18-07-2019, 08:00           
Youtubeda video niyə donur? – ARAŞDIRMA
Bunun səbəblərindən biri zəif enerjili kompüter və ya internet bağlantısının keyfiyyətsiz olması ilə bağlıdır.



Bəs internet sürətli və kompüter güclü olduqda “YouTube”da problem yaranmasının səbəbi nədir?



Teref.az yazır ki, ted.az-ın məlumatına görə, “Flash-player” əməliyyatının yanlış işləməsi bunun səbəblərindən biri ola bilər. Çünki “YouTube”da videolar “Adobe Flash Player” adlanan xüsusi plug-indən istifadə edərək baxılır. “Flash-player”in köhnəlmiş versiyası da “YouTube”da videonun dayanmasına səbəb ola bilər. Saytın proqram istifadəçisi “Adobe Flash Player” versiyasını yükləməlidir.



Əgər video donursa, bu fayla digər internet-brauzer vasitəsilə baxmaq ən sadə variantdır. Bəzən iki “Flash-player” düz gəlmir. Onlardan biri brauzerdə, digəri sitemdə quraşdırılır. Bu “Google Chome” və “Yandeks”ə də aid olunur. Nəticədə “YouTube”da video tormozlanır. “Flash-player”lərdən birini söndürün və faylların keyfiyyətini yoxlayın.



Kompüteri “zibildən” tez-tez təmizləmək lazımdır. Donmanın daha bir səbəbi isə viruslar və zərərli proqramlar ola bilər. Viruslar çoxdursa, antivirus proqramını dəyişmək haqda düşünmək olar. Güclü antivirus proqramı da “YouTube”da donmanın səbəbi ola bilər.



Bundan başqa eyni vaxtda çox sayda səhifələr açmayın, bir neçə proqramla işləmək məsləhət deyil.



Faylların açılmamasında başlıca səbəblərdən biri videokartların drayverlərinin işində yaranan problemlər ola bilər. Onları yeniləmək, bəzən isə tamamilə yenidən qurmaq lazımdır. Bu zaman, həmçinin sistem blokunun tozlanmasına və digər çirklənməsinə də diqqət etmək lazımdır. Toz, ən çox havalandırma pəri və videokartın «kuler»ində rast gəlinir ki, bu da kompüterin ümumilikdə işləməsinə mane olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.