KQB agenti Vladimir Putini dövlət başçısı edən adam

19-12-2019, 00:16           
KQB agenti Vladimir Putini dövlət başçısı edən adam
KQB agenti Vladimir Putini dövlət başçısı edən adam
Hurriyyet.org xəbər verir ki, Valdimir Putinin KQB-dən Rusiya prezidentliyinə gəlməsində əsas rol oynayan şəxslərdən Valentin Yumaşev BBC kanalına müsahibə verib.

“Otaqdakıların hamısı şokda idi... İnsanlar ağlamağa başlamışdılar... Lakin xəbərin kənara çıxmaması çox mühüm idi. Rəsmi açıqlamaya hələ 4 saat var idi. Heç kimin otaqdan çıxmasına imkan vermədilər. Qapını bayırdan kilidlədilər”.

Rus liderlərin iqtidara gedən yolu əsrlər boyunca fərqli olub. Çarlar anadangəlmə iqtidara gəlirdi; Vladimir Lenin inqilabla hakimiyyətə gəlmişdi; Sovet Kommunist Partiyasının baş katibləri siyasi büroya partiyanın pillələri ilə dırmanaraq gəlir, ölkə başına keçmək vaxtlarını gözləyirdilər.

Lakin 20 il bundan əvvəl Vladimir Putinə Kremlin açarı qızıl sinidə təqdim edildi. Sovet İttifaqının gizli kəşfiyyat xidmətinin keçmiş agenti olan Putin şəxsən Rusiya Federasiyasının prezidenti Boris Yeltsin və onun yaxın ətrafı tərəfindən seçilmiş, Rusiyanı XXI əsrə aparmaq vəzifəsinə layiq görülmüşdü.

Lakin niyə Vladimir Putin? Valentin Yumaşev Vladimir Putinin Rusiya Federasiyasının başına gətirilməsində açar rolu oynayan şəxsdir. Köhnə jurnalist olan Yumaşev bu gün Kremlik mühüm şəxslərindən biridir və mətbuata çox az hallarda müsahibə verir.



Lakin BBC kanalı ilə görüşməyə və danışmağa razılıq verib. Yumaşev Boris Yeltsinin ən etibarlı müşavirlərindən biri idi. Sonralar Yeltsinin qızı Tatyana ilə evlənərək əvvəlcə kürəkəni, ardından da administrasiya rəhbəri olub.

1997-ci ildə Putinə Kremldəki ilk vəzifəsini də o vermişdi. Yumaşev deyir: “Yeltsinin keçmiş şəxsi administratoru vəzifəsini tərk edərkən mənə köməkçi ola biləcək çox güclü bir şəxsi tanıdığını söylədi. Beləliklə məni V.Putin ilə tanış elədi və biz birlikdə işləməyə başladıq. Putinin fövqəladə qabiliyyətinin olduğunu dərhal anladım. Yaradıcı fikirlərdə, analizlərdə və inandığı mövqeyi müdafiə eləməkdə ona heç kim çata bilməzdi”.

Bəs bu adamın bir gün dövlət başçısı ola biləcəyi heç ağlına gəmişdimi?

“Yeltsinin fikrində bir neçə namizəd var idi: Boris Nemtsov, Sergey Stepaşin və Nikolay Aksenenko kimiləri. Yeltsinlə birlikdə onun xələfinin kim olacağı məsələsi barəsində dəfələrlə danışmışdıq. Bu söhbətlərin birində Putindən də söz açdıq. Yeltsin məndən Putin barəsindəki fikrimi soruşdu. Onun möhtəşəm bir namizəd olacağı cavabını verdim. Dedim ki, onu hökmən nəzərində saxlamalıdır. Onun daha böyük vəzifələri yerinə yetirə biləcəyini dedim”.

Putinin KQB keçmişi ona mane olacaqdımı?

“Putin kimi bir çox KQB agenti təşkilatın etibardan düşdüyünü görüb istefa vermişdilər.

Onun keçmişdə KQB agenti olmasının bizim üçün fərqi yox idi. Putin liberal və demokrat insan olduğunu dəfələrlə isbat eləmiş, islahatlar aparmağa davam edəcəyini göstərmişdi”.

Gizli təhvil-təslim

1999-cu ilin avqust ayında Boris Yeltsin Vladimir Putini baş nazir vəzifəsinə təyin elədi. Bu, Yeltsinin Putini prezidentliyə hazırlaşmasına açıq işarə kimi şərh edildi.



Yeltsinin daha bir il vəzifəsində qalacağı gözlənirdi. Lakin 1999-cu ilin dekabr ayında gözlənilmədən vəzifəsindən çıxmağı qərara aldı.

“Yeni ilə üç gün qalmış Yeltsin Putini iqamətgahına çağırdı. Görüşdə mənim və yeni şəxsi administratoru Aleksandr Voloşinin də iştirak eləməsini istədi.

Putinə iyul ayına qədər vəzifədə qalmaq fikrində olmadığını, 31 dekabr tarixində prezident vəzifəsindən istefa verəcəyini bildirdi. Bundan çox az adamın xəbəri vardı: mən, Voloşin, Putin və Yeltsinin qızı Tatyananın. Yeltsin həyat yoldaşına belə bu haqda danışmamışdı”.

Valentin Yumaşevə Yeltsinin istefa çıxışını yazmaq həvalə olundu: “Yazmaq çox çətin idi. Tarixi bir mətn olduğu üçün. Veriləcək mesaj çox mühüm idi. O səbəbdən də məşhur “Məni əfv edin” cümləsini də əlavə elədim. Ruslar 1990-cı illərdə çox əziyyət çəkmişdilər. Yeltsin hökmən bu məsələyə toxunmalı idi”.

1999-cu ilin Yeni il gecəsi Boris Yeltsin Kremldə xalqa son müraciətini lentə yazdırdı. “Otaqda oan hər kəs şoka düşmüşdü. Mətni qələmə alan məndən başqa. İnsanlar ağlamağa başlamışdılar. Çox təsirli bir an idi. Lakin xəbərin kənara sızmaması çox mühüm idi. Ona görə də heç kimin otaqdan çıxmasına icazə verilmədi. Qapı bayırdan kilidləndi. Lenti götürdüm və televiziya kanalına getdim. Yeltsinin çıxışı günorta saatlarında efirə getdi. Vladimir Putin müvəqqəti olaraq prezident elan edildi. Üç ay sonra da prezident seçkilərinin qalibi oldu”.

Putin əvvəlcə prezident, sonra baş nazir, sonra yenidən prezident olaraq iyirmi ildir ki, Rusiyada iqtidarı lində saxlayır. Bu müddət ərzində iqtidarın öz ətrafında dönməsini təminedən bir sistem qurub.

Lakin Yumaşev, Boris Yeltsinin istefasının bütün Rusiya rəhbərlərinə dərs olmalı olduğu fikrindədir: “Vaxtı çatanda kreslonu tərk eləmək və gənclərə yol vermək mühüm bir dərsdir. Yeltsin üçün bu, çox mühüm idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.