Ərdoğana yanlış deyilib, 8 "Pantsir" məhv edilməyib - Rusiya

11-03-2020, 08:00           
Ərdoğana yanlış deyilib, 8 "Pantsir" məhv edilməyib - Rusiya
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ordusunun 8 “Pantsir”i vurması ilə bağlı Rəcəb Tayyib Ərdoğana təqdim edilən məlmatlar yanlışdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

Nazirlik bu kimi iddiaların şişirtmədən daha artıq olduğunu bəyan edib:

“Suriya ordusunun “Pantsir” də daxil olmaqla, əsas havadan müdafiə sistemləri Dəməşq ətrafında cəmləşdirilib və İdlib bölgəsində sadəcə 4 “Pantsir” var. Türkiyəyə aid dronların güclü hücumlarında yalnız 2 “Pantsir” sıradan çıxıb”.

Qeyd edək ki, İdlibdə atəşkəsdən öncə Türkiyə PUA-larının Suriya ordusundakı “Pantsir”ləri vurması barədə məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.