İrandan mal gətirən azərbaycanlı biznes sahibi: "Maşınlarımızı Tehrandan buraxmırlar"

12-03-2020, 00:07           
İrandan mal gətirən azərbaycanlı biznes sahibi:
Çindən yayılmağa başlayan koronavirus azərbaycanlı sahibkarlara da öz təsirini göstərib.

Bəzi sahibkarlar deyirlər ki, koronavirusun yayılmasına görə İrandan və Çindən məhsul gətirməsində problem yaşayırlar.

Afət İsmayılova deyir ki, illərdir İrandan Azərbaycana yükdaşıma ilə məşğuldur.

O, koronavirusun həm onlara, həm də onlardan məhsul alıb satan sahibkarlara təsir etdiyini deyir.

Şamil Heydərov artıq 20 ildir ki Çindən Azərbaycana yükdaşıma həyata keçirən şirkətin rəhbəridir.

O deyir ki, hazırda Çindən Azərbaycana heç bir yük daşınmır, çünki Azərbaycandan bu ölkəyə gedən aviareyslər dayandırılıb.\\BBC













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru