Pandemiyanın epidemiyadan fərqi nədir? - Dünya "əsrin bəlası"na niyə hazır deyil..?

13-03-2020, 00:00           
Pandemiyanın epidemiyadan fərqi nədir? - Dünya "əsrin bəlası"na niyə hazır deyil..?
Koronavirus yeni COVİD 2019 epidemiyası ÜST tərəfindən pandemiya elan edildi.

Medicina.az pandemiya ilə epidemiyanın fərqini, pandemiyanın əslində nə olduğunu məlumatı az olanlar üçün təqdim edir.

Pandemiya yunan dilindən "hər şey" deməkdir. Pandemiya bir xəstəliyin – fərqi yoxdur virus mənşəli, heyvanlar arasında, hər hansı bakteriya mənşəli istənilən xəstəliyin dünya masştabında, bütün dünyanı əhatə etməsi deməkdir.

Yəni bu xəstəlikdən kənarda çox az sayda ölkə kənarda qalır və xəstəlik bütün qitələrə sıçrayır.

Epidemiya isə bir neçə ölkə və ya epidemiya mərkəzinin qonşuluğunda olan ölkələrə yayılma vəziyyətinə aid edilir.

Pandemiya elan edilən xəstəliyə qarşı Yer kürəsi əhalisinin 90%-nin immuniteti olmur və insanlıq bu virusu ilk dəfə tanıyır. Eləcə də o xəstəlik pandemiya qrupuna adi olur ki, ona qarşı nə vaksin var, nə də konkret dərman.

Koronavirus pandemiyasından öncə elan olunan pandemiya alovlanması heyvanlar arasında yayılan qrip virusları ilə bağlı idi.

Tarixdə ən dəhşətli infeksion pandemiyaları: qripp, xolera, vəba hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru