“Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır”
20-06-2020, 11:23
“Qarşıdakı dönəmdə maskasız həyatımız olmayacaq”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.
O bildirib ki, bunun aylar, yoxsa illərlə davam edə biləcəyini indi deyə bilməz: “Gündəlik həyatımıza davam edək, gəzək, restoranlara gedək, amma maska taxmadan bunları etməyək. Maska artıq gündəlik həyat tərzimizə çevrilməlidir. Bölgələrdə insanlar virus yoxmuş kimi hərəkət edirlər.
Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Biz insanıq və virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyacı var. Virus Azərbaycanda mutasiya edir, bu gün simptomları olmayan xəstələr çox azdır. Bugünkü xəstəlik mart ayındakı xəstəlikdən fərqlidir. İndi virus daha ağır xəstəliyə səbəb olur. Virusun mutasiyası davam edir. Hər bir kəs özünü və bu yolla öz ətrafını qorumalıdır”.