Rusiyadan Azərbaycana qanunsuz yollarla gətirilən dərman preparatları aşkarlanıb

17-03-2021, 21:46           
Rusiyadan Azərbaycana qanunsuz yollarla gətirilən dərman preparatları aşkarlanıb
3240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.


Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında gömrük orqanlarına bəyan edilməyən 3240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru