Rusiyanın ən varlı bankiri SSRİ-dən sonra iqtisadiyyatda yol verilən böyük səhvi açıqladı

10-04-2021, 21:42           
Rusiyanın ən varlı bankiri SSRİ-dən sonra iqtisadiyyatda yol verilən böyük səhvi açıqladı
Rusiyanın ən böyük özəl bankı, “Alfa-bank”ın rəhbəri, ötən əsrin 90-cı illərinin ən məşhur biznesmenlərindən sayılan Pyotr Aven “Kommersant” qəzetinə verdiyi müsahibədə SSRİ dağıldıqdan sonra MDB və Rusiya iqtisadiyyatında yol verilən ən böyük səhvin nə olduğun açıqlayıb.

Pyotr Aven Rusiyanın həmin dövrdəki ən böyük reformatoru, baş nazirin keçmiş müavini Yeqor Qaydarı böyük tarixi şəxsiyyət hesab etdiyini, lakin onun hökumətinin iqtisadiyyatda bir çox səhvə yol verdiyini deyib.

Pyotr Aven 90-cı illərin əvvəllərində baş verən böyük inflyasiyadan sonra insanların banklarda batan əmanətlərinin geri qaytarılmamasını ciddi yanlışlıq adlandırıb.

“İndi belə bir əfsanə dolaşır ki, əmanət kitabçalarında olan bütün pulları Qaydarın hökuməti yeyib. Lakin bu, belə deyil. Həmin pullar Valentin Pavlovun başçılıq etdiyi əvvəlki hökumətin zamanında havaya sovrulmuşdu”,-deyə o qeyd edib.

Rusiyalı bankirin fikrincə, dövlətin əvvəldən vətəndaşlarına borcunu geri qaytarmaq fikri olmayıb. “Həmin vaxt belə bir tezis hökm sürürdü ki, bir halda ki, xərcləməmişik, deməli heç kimə borclu da deyilik. Böyük səhv olub. Halbuki bu pulları kitabçadakı məbləğə uyğun olaraq daşınmaz əmlak verilməsi və ya torpaq paylanması yolu ilə də geri ödəmək mümkün idi.

Xatırladaq ki, 2020-ci ilin dekabrında verdiyi müsahibələrdən birində Pyotr Aven cəsarətlə son illəri Rusiya iqtisadiyyatı üçün itirilmiş dövr adlandırmışdı.

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.