Generalın oğlu 7.5 milyonu necə uddu?

17-05-2021, 00:04           
Generalın oğlu 7.5 milyonu necə uddu?
Dövlət Gömrük Komitəsi 30 milyon manata inşa etdirdiyi inzibati binasının fasadının təmiri üçün növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Gömrük Komitəsinin "yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işlərin yerinə yetirilməsi" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 7.576.420 manatdır.

Sözügedən lot üzrə "FF Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Dövlət reyestrində qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğludur.

Qlobal.az-ın əldə etdiyi məlumatda iddia olunur ki, "FF Construction” MMC Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, general-mayor Rüfət Fərhadovun oğlu Lətif Fərhadova məxsusdur.

Lətif Fərhadov "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa (Baba) Rzayevin kürəkəni olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru