Atası ölən günü analığını zorladı – DƏHŞƏTSAÇAN İFADƏLƏR
17-05-2021, 15:28
Azərbaycanda zorlamada təqsirləndirilən Şikar Vəliyev (ad-soyad şərtidir) cinayət işi bu işlə tanış olan bir çoxunun təəccübünə səbəb oldu.
Lent.az Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şikar Vəliyevin cinayət işi materiallarına istinadən, zərərçəkmişlərin dəhşətli ifadələrini təqdim edir...
İstintaq zamanı müəyyən edilib ki, Ş.Vəliyev atası öldüyü gün ögey anası Firəngiz Vəliyevanı (ad-soyad şərtdir) zorlayıb. Qadın polisə şikayət edəndən sonra Ş.Vəliyev saxlanılıb.
Məhkəmədə ifadə verən Ş.Vəliyev bildirib ki, doğma anası o azyaşlı olanda dünyasını dəyişib: “Bir müddət sonra atam qonşu kənddə dul olan Firəngizlə evləndi. 1999-cu ildən bəri biz atamla Firəngizgilin evində qalmağa başladıq. Atam çobanlıqla məşğul olurdu. Uzun müddət birlikdə yaşadıq. Atam xərçəng xəstəliyinə yoluxdu. Atamın səhhəti ilə əlaqədar mən də çobanlıq eləməyə başladım. Bir gün işdə olan zaman zəng edib atamın dünyasını dəyişdiyini dedilər. Qoyunları yatağa gətirib, sahiblərinə təhvil verdim. Çox pis olmuşdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün analığı ilə atasının dəfn olunması məsələsi ilə bağlı mübahisələri düşüb: “Atam səhər ölsə də, günortaya yaxın olmasına baxmayaraq qəbir hələ qazılmamışdı. Firəngizdən nə üçün bunun təşkil etmədiyini soruşdum. Bunun üstündə mübahisəmiz düşdü, sonradan sakitləşdik. Atamı son mənzilə yola saldıq. Günortadan sonra Qazax rayon mərkəzi bazarına gedib dəfn mərasimi üçün atamın şəklini çıxartdırdım. Bazarda olarkən orada orta yaşlı qadın gördüm və bundan sonra məndə cinsi istək baş qaldırdı. Elə həmin vaxt evə gedib analığımla cinsi əlaqədə olmağı qərara aldım. Axşam hava qaralana yaxın evə gəldim, Firəngiz evdə təki idi.
Evə gələndən sonra onun üstünə cumub otaqdakı yatağın üstünə uzatdım. Müqavimət göstərsə də, onunla cinsi münasibətdə ola bildim. Lakin o, bir-iki dəqiqədən sonra təbii ehtiyacının olduğunu deyib, çölə çıxmaq istədi. Mən də inanıb ona icazə verdim. O, çölə çıxandan sonra qaçıb dama girdi. Gedib damın qapısını döyüb üzr istədim, peşman olduğumu dedim. Lakin qapını açmadı, evə gəlib uzanıb yatdım. Bir müddət sonra polislər gəlib məni saxladı. Əməlimdən peşmanam, özümü təqsirli bilirəm”.
Məhkəmədə dindirilən F. Vəliyeva qeyd edib ki, 1999-cu ildə Şakir Vəliyevlə ailə həyatı qurub: “Yoldaşım rəsmi heç yerdə işləməsə də, çobanlıq edərək bizi dolandırırdı. Ondan bir dəfə hamilə qalsam da, sonra uşağımız olmadı. Yoldaşının iki övladı vardı. Onlara həmişə ana kimi qayğı göstərmişəm. Şakirin qızı Ramiyə 2019-cu ildə rəhmətə getdi. Şikar isə bizlə birlikdə qalmağa başladı. Ramiyə rəhmətə gedəndən sonra yoldaşım özünü pis hiss eləməyə başladı. Bir müddət keçəndən sonra xərçəng xəstəliyinə yoluxdu. Gəncə şəhərində onkoloji xəstəliyi ilə bağlı müalicə olunurdu, son vaxtlarda yaddaşını da itirmişdi. 1 il çəkmədi Şakir dünyasını dəyişdi. Dəfn günü oğulluğum Şikarla “atışdıq”, qonşuların müdaxiləsindən sonra sakitləşdik. Şikar bazara atasının yas mərasimi üçün şəkilini çıxartdırmağa getdi. Bu məqsədlə ona 21 manat pul verdim. Həmin gün axşam saat 20 radələrində Şikar evə qayıtdı”.
Qadın bildirib ki, Şikar evə qayıdandan sonra ona yaxınlaşıb: “Başımı ovxalamağa başladı. Əli ilə belimdən tutub divandan ayağa qaldırdı, ayaqüstü belimdən tutub sürükləyərək həmin otaqda qarşı tərəfdə olan yatağın üstünə arxası üstə uzatdı. O atasının öldüyünü, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Mən ona yaşlı qadın olduğumu, belə hərəkətin ona yaraşmadığını dedim. O isə məhəl qoymadı. Əlimlə onun hərəkətinin qarşısını almaq istəsəm də, gücüm çatmadı. Evimizin yaxınlığında adam yaşamadığı üçün qışqırmağımın mənası yox idi. Artıq o istəyinə çatmışdı. Onu aldadaraq əlindən qurtulmaq üçün yalandan təbii ehtiyacımın olduğunu dedim. İnanaraq məni buraxdı. Evdən çıxan kimi dama girdim. Qapını bağladım. Şikar dalımca gəlib qapını açmaq istədi, lakin aça bilmədi. Daha sonra o, qapını bir müddət təpikləyib getdi. Lakin Şikarın qorxusundan çölə çıxmadım. Telefonumla “102”yə zəng edib şikayət elədim. Polislər gələnə qədər həmin yerdən çıxmadım. Şikar gəlib üzr istədi. Amma ona inanmadım. Polislər gəlib Şikarı tutdular. Şikar məni zorlayan zaman xəsarətlər almışdım, ondan şikayətçiyəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Vəliyev Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum edilib.