Ermənilərin 60 əskəri bizim 5 nəfərlik müşahidə postuna hücum etdi VİDEO

26-05-2021, 09:25           
Ermənilərin 60 əskəri bizim 5 nəfərlik müşahidə postuna hücum etdi VİDEO
Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş gərgin anların video görüntüsü yayılıb.

Videodan da göründüyü kimi təxribatçı erməni əsgərləri ərazidə xidmət aparan Azərbaycan əsgərlərinə hücum edir. Nəticədə tərəflər arasında qarşıdurma yaranır.

Sözügedən videonu Ermənistanın Tert.am saytı yayıb. Məlumata görə, video Syunikdə çəkilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki,

mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır”.Oxu24.com
Teref.az yazır ki, hərbi ekspert Ədalət Verdiyev bu məsələyə öz fikrini nsosial mediayada belə bildirdi:
"Ədalət Verdiyev
39 мин. ·
Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazilib. Döyüş təminati sıfırdır. Mühəndis işləri görülməyib, mövqelər yoxdur, rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən danışmağa dəyməz, müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və dəstək barədə danışmağa dəyməz. Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı? Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi? Boşluqları saymaqla bitməz. Cavabdehlərə qarşı fikrimi ifadə etməyə söz tapmıram. Amma bilirəm ki, o əsgərlər təxris olunandan sonra dərinizə saman təpəcək."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.