"Taliban" hökuməti Hindistanla əlaqələri dərinləşdirmək niyyətindədir
Bu gün, 11:18
BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş səyahət qadağasına baxmayaraq, Hindistan hökumətinin Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqini qəbul etmək səyləri fonunda "Taliban" rəsmi Nyu-Delhi ilə yüksək səviyyəli əlaqələri dəstəkləyib.
Bunu "Taliban"ın siyasi ofisinin rəhbəri və Əfqanıstanın Qətərdəki səfiri Süheyl Şahin "TOI"yə bildirib.
Səfir qeyd edib ki, hər iki ölkənin əlaqələrini yüksəltməyə və möhkəmləndirməyə ehtiyac var:
"Bu məqsədlə xarici işlər nazirləri səviyyəsində yüksək səviyyəli səfərlər vacibdir. Bu, iki ölkə arasında ticarət də daxil olmaqla, müxtəlif əməkdaşlıq sahələrinin araşdırılmasına yol açacaq".
Sədir XİN rəhbəri Hindistanın Müttəqinin tezliklə baş tutacaq səfəri üçün "Taliban"la əlaqə saxladığını bildirib.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanın xarici işlər nazirinin Hindistana səfəri BMT-nin səyahət qadağası səbəbindən təxirə salınıb.