İnternetin bir neçə saat deaktiv olması iqtisadiyyata zərər vura bilər? - ŞƏRH
26-05-2021, 13:08
Böyük Britaniyanın “Merchant Machine” adlı şirkəti irimiqyaslı kiberhücum nəticəsində internet bağlantısında yaranacaq problemlərin fonunda iqtisadi itkilərin nə dərəcədə böyük olacaqlarını hesablayıb.
Teref.az Ted.az-a istinadən bildirir ki, mütəxəssislər bu cür proqnozlar veriblər:
Əgər internet 1 saat ərzində deaktiv olsa, bu, iqtisadiyyata 2.1 milyard dollar dəyərində, 24 saat ərzində deaktiv olsa 51 milyard dollar dəyərində zərər vura bilər.
Mütəxəssislər qeyd ediblər ki, konkret ökənin iqtisadiyyatı nə qədər böyükdürsə, itkilər də bir o qədər böyük olacaqlar.
Məsələn, internetin 1 saatlıq deaktiv olması nəticəsində ABŞ iqtisadiyyatı 306.3 milyon dollar, 24 saatlıq deaktiv olması nəticəsində isə 7.3 milyard dollar itirəcək.
Çinə gəldikdə isə o, 1 saat ərzində 244 milyon dollar, 24 saat ərzində isə 5.8 milyard dollar itirəcək. Eyni məntiqlə böyük şirkətlər də ciddi vəsait itkilərinə sahib olacaqlar.
Məsələn, Amazon 1 saat ərzində 44 milyon dollar, Instagram servisi isə 53 milyon dollar itirəcək.