Elmar Vəliyev məhkəməyə çağrılmasına BELƏ REAKSİYA VERDİ - “Sizə nə dəxli var, məhkəməyə gedirəm, yaxud getmirəm, gedin, öz işinizlə məşğul olun”
26-05-2021, 17:49
Xəbər verdiyimiz kimi Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd törətməkdə təqsirli bilinən Yunis Səfərov və onunla birlikdə təqsirləndirilənlərin işi üzrə məhkəmə prosesində sabiq başçının ekspertiziya cəlb olunması haqqında qərar verilib.
Belə ki, məhkəməyə gəlməkdən imtina edən Elmar Vəliyev anlaqlı olmamasına dair məhkəməyə həkim rəyi təqdim edib.
Yunis Səfərovun vəkillərinin israrından sonra məhkəmə sabiq başçısının tibbi ekspertizadan keçirilməsinə dair vəsatətləri qəbul edib. Gununsesi.info-nun araşdırması zamanı Elmar Vəliyevin məhkəməyə təqdim etdiyi rəyin saxta olduğu bəlli olib.
Belə ki, sabiq başçısının ağlının yerində olduğu, biznes strukturlarına şəxsən nəzarət etdiyi deyilir.
Bu günlərdə Gəncənin Hacıkənd qəsəbəsində olan Elmar Vəliyev inşa etdirdiyi otelin təmir işləri ilə şəxsən maraqlanıb.
Bundan başqa Göygöl rayonunun Mixayilovka kəndindəki evində cari təmir işləri apartdıran Elmar Vəliyev ustalarla söhbət edib, göstərişlərini verib.
Gununsesi.info-nun əməkdaşı sabiq başçıdan məhkəmədən nə üçün yayınmasının səbəbini örənməyə çalışıb.
Mobil telefonuna zəng edilən Elmar Vəliyev “sizə nə dəxli var, məhkəməyə gedirəm yaxud, getmirəm. Gedin, öz işinizlə məşğul olun” deyərək, telefonun dəstəyini asıb.