Şok iddia: Pfizer peyvəndi əleyhinə kampaniyanı kim aparır ?

26-05-2021, 19:58           
Şok iddia: Pfizer peyvəndi əleyhinə kampaniyanı kim aparır ?
Bir neçə Fransız sosial media istifadəçisi, Pfizer peyvəndi ilə bağlı mənfi təbliğat yaymaq üçün gizli bir maliyyə təklifi aldıqlarını söyləyiblər.

Turaz.org xəbər verir ki, onlar İngiltərədə yerləşdiyini iddia edən bir agentliyin, “ortaqlıq” təklif edərək e-poçtla onlarla əlaqə qurduqlarını söyləyirlər.

1.17 milyon YouTube abunəçisi olan Léo Grasset (gizli şəkildə qalmaq istəyən) bir müştəridən “böyük büdcə” vəd olunduğunu (Fransızca) tvit atıb.

Agentliyin verdiyi ünvanın saxta olduğunu söyləyib.

O, agentlikdən olduğu iddia edilən işçilərin LinkedIn profillərinin daha sonra yoxa çıxdığını, ancaq “orada hamının Rusiyada işlədiyinin” qeyd olunduğunu söyləyir.

Fransada peyvənd haqqında yalnış məlumatlara qarşı mübarizə gedir.

Rusiyanın Sputnik peyvəndi Avropanı necə bölür.

Léo Grasset, agentliyin təlimatı olduğunu söyləyərək, ortaqlıq təklifinə razı olacağı təqdirdə “reklam” və ya “sponsorluq videosu” kimi sözləri istifadə etməməsini tələb edib.

Bundan əlavə, Pfizer peyvəndi olunanlar arasında ölüm nisbətinin AstraZeneca qəbul edənlərə nisbətən üç qat daha çox olduğu barədə yalan bir iddianı izləyiciləri arasında yaymasını istəyib.

85.000-dən çox İnstagram izləyicisi olan xəstəxana internatı Et Ça Se Dit Médecin, Fransanın BFMTV-yə hesabında 30 saniyəlik bir hekayə üçün 2050 avro (2510 dollar; 1775 £) təklif olunduğunu söyləyib.

Bu arada Fransa Səhiyyə Naziri Olivier Véran BFMTV-yə deyib: “Bu ortaqlıq təklifinin Fransadan və ya xaricdən haradan gəldiyini bilmirəm. Bu acınacaqlı, məsuliyyətsiz vəziyyətdir”.

Tərcüməçi: Əliquliyeva Şəhla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.