“Qara kif” kabusu daha bir ölkəyə sıçradı

27-05-2021, 07:24           
“Qara kif” kabusu daha bir ölkəyə sıçradı
Hindistanda koronavirusun fəsadları nəticəsində yayılan mukormikoz (“qara kif”) epidemiyası daha bir ölkəyə sıçrayıb.

Belə ki, ölkənin qonşuluğunda yerləşən Banqladeşdə yeni xəstəliklə bağlı ilk ölüm qeydə alınıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, 65 yaşlı banqladeşli koronavirus müalicəsi bitdikdən sonra şəkər xəstəliyi və böyrək problemləri daxil olmaqla, bir sıra fəsadlara görə xəstəxanada olub. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Hindistanda mukormikozla əlaqədar yeddi ştatda “qara kif epidemiyası” elan edilib. Son məlumatlara görə, ölkədə 9000 nəfərdə xəstəlik tapılıb, 200-dən artıq insan buna görə həyatını itirib.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru