2021-ci ildə siqaretin artıracağı bəlalar – insult, xərçəng, sonsuzluq….

11-06-2021, 06:09           
2021-ci ildə siqaretin artıracağı bəlalar – insult, xərçəng, sonsuzluq….
Dünya Səhiyyə Təşkilatı 2021-ci ildə siqaretdən imtina çağırışı edib.
Bu il hər kəs istər tütün, istər elektron siqareti tərgitməyə çalışmalıdır. Zərərsiz, ziyansız siqaret çəkmək metodu olmayıb və olmayacaq. Yüngül siqaret, zəif filtr, veyp, qəlyan- ağciyərlərin strukturunu pozur.
Hətta sizin babanız, nənəniz tütün çəkib, 90 il yaşayıbsa da, bu o demək deyil ki, 2021-ci ilin müasir insanı üçün bu mümkün olacaq. Onların sadəcə dövrə görə bəxtləri gətirib və onların həyat tərzi sizinlə bir deyil.
Müasir statistika sizin mənbəyiniz olmalıdır. Hər il dünyada 5 milyon insan siqaretin nəticəsindən ölür. Hazırda siqaretə görə ölüm yaşı 35-ə enib. Sizin siqaret çəkərək 50 yaşa çatacağınız belə sual altındadır.
Ağciyər xərçəngi isə 3-cü yerdədir, bu xərçəng müalicəyə pis tabe olan və yaşama şansı da az olan növdür.
TİA.AZ xəbər verir ki, siqaret çəkmək artıq genetik səviyyədə DNT-ni pozub və siqaret çəkən ata-anadan doğulan xəstə orqanizmli uşaqlar erası gəlir.
Əgər siqaret çəkib, 50 yaşa çatsaz da, bu ömür keyfiyyətli və sağlam olmayacaq. Hətta artıq dünyada siqaretə bağlı sonsuzluq da artıb, istər kişilərdə, istərsə də qadınlarda.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, infarkt, ürək damarlarının tutulması, təzyiq, katarakta, psoriaz və impotensiya bu problemlər 35 yaşdan başlayacaq.
Dəhşətlisi odur ki, bütün bu xəstəliklər ağzına ömründə bir dəfə siqaret almayan insanda da əmələ gəlir. Səbəb evində ailə üzvünün siqaret çəkməsidir. Yanında çəkilən siqaretin tüstüsü çəkməyən insanın ağciyərlərini eyni dərəcədə zədələyir.
Siqaret çəkənlərdə sidik yolu xərçəngi, mədə, qida borusu və ağız xərçəngi 70 dəfə çox, ağciyər xərçəngi isə 30% çox olur, nəinki heç çəkməyənlərdə.
Siqaret çəkmək əsəbi halda stresə qarşı sakitləşdirici təsir etmir, bu mifdir. İnsan sadəcə beynini vərdiş etdiyi
təkrarlanan bir hərəkətlə yanıldır. Ona elə gəlir ki, siqaret çəkdi, sakitləşdi.
Bu təkrarlanan vərdiş həmin vaxt fikri yayındırır, amma nikotinin orqanizmdə bütün vəziləri qıcıqlandırması isə stress mənbəyidir. Yəni siqaret orqanizm üçün əlavə stresdir. Ona görə siqaret çəkənlər nevroz və əsəbi olur, tez özündən çıxır.
BİR ƏDƏD SİQARETDƏ OLAN KİMYƏVİ ZƏHƏRLİ MADDƏLƏR. BUNLAR HAMISI ORQANİZNMƏ KEÇİR













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.