Azərbaycan BVF-dən təxminən 530 milyon dollar alacaq

24-08-2021, 00:05           
Azərbaycan BVF-dən təxminən 530 milyon dollar alacaq
Azərbaycan Beynəlxalq Valyuta Fondundan (BVF) xüsusi borclanma haqları (SDR) şəklində təxminən 530 milyon ABŞ dolları alacaq.
Teref.az-ın verdiyi xəbərə görə, vəsait BVF-nin anti-böhran bölgüsü çərçivəsində ayrılır.

Qeyd olunur ki, bu həll bütün üzv ölkələrə fayda verəcək, uzunmüddətli ehtiyata olan ehtiyacın ödənilməsinə kömək edəcək və dünya iqtisadiyyatının dayanıqlılığına və sabitliyinə töhfə verəcək.

Fondun üzv ölkələrinin (190 ölkə) alacağı vəsaitlərin ümumi məbləği 650 milyard ABŞ dollarıdır (456 milyard SDR), o cümlədən inkişaf etməkdə olan ölkələr üçün 275 milyard ABŞ dolları ayrılacaq. Bu, BVF tarixində ən böyük maliyyə bölgüsüdür.
Müvafiq qərar BVF-nin İdarə Şurası tərəfindən avqustun əvvəlində təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanın BVF-dəki kvotası 391,7 milyon SDR (təxminən 555 milyon ABŞ dolları), xüsusi çəkisi isə bütün vəsaitin 0,08%-ni təşkil edir.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru