Elm dünyasını təəccübləndirən kəşf: Təkcə nüvəsi Yerdən 55 dəfə böyükdür

25-08-2021, 09:17           
Elm dünyasını təəccübləndirən kəşf:
Saturnun planetin halqalarında dalğalanmalara səbəb olacaq qədər güclü palçığa bənzər nüvəyə sahib olduğu təsbit olunub.

Teleqraf.com xəbər verir ki, müzakirə yaradan tapıntılar astronomların əvvəllər planet haqda düşündükləri ilə ziddiyyət təşkil edir.

Yeni iddiaya görə, qaz nəhənginin mərkəzində sərt nüvə yerinə, dağılmış buz, daş və metal mayelərin bulanıq qarışığı var.

Kaliforniya Texnologiya İnstitutunun professoru Cim Fuller deyib:

“Saturnun içindəki titrəyişləri ölçmək üçün planetin halqalarını nəhəng seysmoqraf kimi istifadə edirik. Bu qaz nəhənginin quruluşunu ilk dəfə seysmik olaraq araşdıra bildik və nəticələr olduqca təəccüblüdür”.

Digər tərəfdən, Saturnun titrəyişlərini müvəqqəti seysmoqraf kimi istifadə edərək planetin daxilini öyrənmək fikri 1990-cı illərin əvvəllərində irəli sürülüb. Qravitasiya dalğalanmaları planetin səthinin dalğalanan göl kimi hər iki saatda 1 metr ətrafında hərəkət etməsinə səbəb olur. Saturn ətrafındakı halqalar da bu titrəyişlərdən təsirlənərək hərəkət edir.

Saturnun çalxalanan daxili hissəsi bir çox sabit təbəqədən ibarətdir ki, içərisindəki daha ağır materiallar planetin mərkəzinə, daha yüngül materiallar isə yuxarıya doğru üzür.

“Planetin cazibə sahəsinin bu xüsusi tezliklərdə titrəməsi üçün daxili sabit olmalıdır. Bu, ancaq planetin mərkəzinə doğru hərəkət edərkən buz və torpaq nisbəti tədricən artarsa ​​mümkündür, - Fuller deyib.

Araşdırmanın aparıcı müəllifi Kristofer Mankoviç planetin mərkəzindəki hidrogen və helium qazının duzluluğunun dərinliyə görə artıraraq, sabit konfiqurasiya əmələ gətirən okeanlara bənzədiyini bildirib.

Bu nəticələr göstərir ki, Saturnun yalnız buz və daşdan ibarət olan nüvəsi bütün Yer kürəsindən 55 dəfə böyükdür. Ancaq məlum olur ki, kütləsi planetimizin kütləsindən cəmi 17 dəfə çoxdur. Günəş sisteminin digər qaz nəhəngi Yupiterin də buna bənzər nüvəyə sahib olması mümkündür.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.