İspaniyanın keçmiş kralı barədə istintaqa başlanılıb

4-09-2021, 09:16           
İspaniyanın keçmiş kralı barədə istintaqa başlanılıb
Keçmiş İspaniya kralı Xuan Karlosa qarşı araşdırma aparan ölkənin Ali Məhkəmə Prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb.

83 yaşlı Karlos çirkli pulların yuyulması, korrupsiya, şəxsi nüfuzundan istifadə kimi əməllərdə ittiham olunur.

Prokurorluqdan verilən açıqlamaya görə, monarx iş adamı kimi fəaliyyət göstərərək, özünə sərvət toplamaqla məşğul olub.

Qeyd edək ki, ittihamlar fonunda Xuan Karlos hələ avqustun 3-də İspaniyanı tərk edərək BƏƏ-yə yollanıb və hazırda orada yaşayır.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru