Rusiya nəhəng buğda ixracatçısı olmaq üçün 20 il ərzində böyük yol keçib.
Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb
Məlumata görə, ölkə Avrasiya, Afrika və Latın Amerikası istiqamətində kənd təsərrüfatı ixracatında lider olmağa çalışır. Qəzet bunun sayəsində Rusiyanın yeni bazarlar yaradaraq, mütəmadi olaraq neft asılılığını azaltdığını bildirib. Moskvanın, özəlliklə, sanksiyalar tətbiq olunduğu zamanı buğda istehsalını artırdığını, ABŞ-la Kanadanı qabaqladığı vurğulanıb.