"Boeing" oktyabra qədər "787 Dreamliner"in tədarükünü bərpa edə bilməyəcək

5-09-2021, 09:46           
"Boeing" oktyabra qədər "787 Dreamliner"in tədarükünü bərpa edə bilməyəcək
Amerikan təyyarə istehsalçısı "Boeing" gözlənildiyi kimi, avadanlıqların yoxlanılması ilə əlaqədar tənzimləyici ilə aparılan danışıqlar səbəbindən ən azı oktyabr ayının sonuna qədər "787 Dreamliner" təyyarələrinin tədarükünü bərpa edə bilməyəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Wall Street Journal" yazır.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) şirkətin yeni təyyarələrinin yoxlanılması metodologiyası ilə bağlı təkliflərini hələ də təsdiqləməyib. İlkin olaraq təyyarələrin istifadəçilərə çatdırılması konsern və tənzimləyici orqanlarının istehsal defektlərinin daha ciddi yoxlamaları səbəbindən dayandırıldı. Bunun nəticəsində şirkət 25 milyard dollardan çox dəyərində "Dreamliner"ləri vaxtında tədarük edə bilmədi.

İyun ayının sonuna artıq yüzlərlə "Boeing" təyyarəsi alıcılarına göndərilmələrini gözləyirdi ki, hərəsinin qiyməti 250 milyon dollardan başlayırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru