Rusiyanın ən təhlükəli triosu: ABŞ-ı qorxudan helikopterlər

5-09-2021, 10:10           
Rusiyanın ən təhlükəli triosu:
Amerikalı mütəxəssislər Rusiyanın ən təhlükəli helikopterlərinin adını açıqlayıb.

Bunlar “Ka-52 Alliqator”, Mi-28HM və Mi-24 helikopterləri olub.

Mütəxəssislər bildiriblər ki, “Alliqator”ların sahib olduğu sistemlər onları xarici analoqlarından fərqləndirir. Bu sistemlər helikopterin daha səssiz və kompakt olmasını təmin edir. Bundan əlavə K-52-lər ağır silahları - X-31 qanadlı raketlərini, həmçinin “Ataka” və “Vixr” raketlərini daşıya bilir.

“Gecə ovçusu” adlandırılan “Mi-28H helikopterinin isə P-74M sistemləri ilə təchiz olunmuş raketlərlə təchiz olunub. Bu raketlər sözügedən texnikaya analoqları ilə döyüş şəraitində əhəmiyyətli üstünlük verir.

Amerikalı ekspertlər hesab edir ki, Mi-24 helikopterləri hələ Soyuq müharibə dövründən indiyə qədər dünyanın ən yaxşı texnikalarından sayılır. Helikopterin uçuş xüsusiyyətləri ona piyadalar və zirehli texnika ilə birgə yerə çox yaxın manevr etmək imkanı verir.

Mənbə: “Military Watch” jurnalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru