"Onlayn təhsil uşaqları şikəst edir, onları məhvə aparırlar"

5-09-2021, 10:40           
"Onlayn təhsil uşaqları şikəst edir, onları məhvə aparırlar"
"Məktəbləri yenə onlayn sistemə keçirdilər. Bizim uşaqların həyatını məhvə aparırlar bu qərarlarla. Uşaqların onlayn aldıqları təhsil onları şikəst edir".

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi dərslərin yenidən onlayn sistemdə keçiriləcəyini bildirib:

"Bütün günü kompüterin qabağında, evdə başqa uşaqlarla ünsiyyətsiz. İşə gedən valideyinlər nə etsin? Dayə tutmağa imkanı çatmayanlar, interneti, kompüter və planşet almağa imkanı olmayanlar nə etsin?

Vaksini demək olar ki, məcburi ediblər. Bu qədər insan vaksin vurub. Yenə cərimələr, yenə onlayn dərs. Nə dəyişib bu 2 ildə? İnsanlar əsəb və qorxu içində. Hara gedir sonumuz?". (Axsam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru