ÜST koronavirusun yaranmasını daha ətraflı öyrənmək qərarına gəlib
10-06-2022, 10:38
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilən ekspert qrupu koronavirusun yaranması ilə bağlı hərtərəfli təhlil aparmaq niyyətindədir.
Trend xəbərverir ki, bu barədə "Associated Press" agentliyi yazır.
Məlumata görə, ekspert qrupu laboratoriya şəraitində fövqəladə vəziyyətin mümkünlüyünün daha ətraflı təhlili də daxil olmaqla,COVID-19-un necə yayıldığını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.
"Hələ də pandemiyanın ortaya çıxmasını izah edəcək mötəbər məlumatlar yoxdur. Ekpert qrupu bütün fərziyyələri hərtərəfli araşdırmaq üçün mövcud olan elmi sübutlara açıqdır", - qrupun hesabatında qeyd edilir.
Vurğulanır ki, virusun mənşəyi ilə bağlı siyasiləşdirilmiş nəzəriyyə variantı da istisna edilmir.
Xatırladaq ki, koronavirusa yoluxma halı ilk dəfə 2019-cu ilinsonunda Çinin Hubei əyalətinin Uhan şəhərində aşkar edilib, sonradavirus bütün dünyaya yayılmağa başlayıb. 11 mart 2020-ci ildə ÜST koronavirusu pandemiya elan edib.