ŞOK!!Azərbaycanda yazıb-oxuya bilməyən 9-cu sinif şagirdlərinin SAYI

10-06-2022, 11:10           
ŞOK!!Azərbaycanda yazıb-oxuya bilməyən 9-cu sinif şagirdlərinin SAYI
2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub.
AzVision.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat yer alıb.

Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:

Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru