Niderlandda 350 nəfər ukraynalı qaçqın "elit" həbsxanaya yerləşdirildi - İLGİNC SƏBƏB...

14-06-2022, 09:21           
Niderlandda 350 nəfər ukraynalı qaçqın "elit" həbsxanaya yerləşdirildi - İLGİNC SƏBƏB...
"Künbəz" həbsxanası qədim tarixi abidədir, 200 il əvvəl Niderlandda məhkumların rahatlığı üçün necə qayğı göstərildiyini nümayiş etdirir"

"Həbsxanada insanlar tək kamerada yerləşdirilib ki, künbəzdə olan çoxsayılı pəncərələrdən səmaya baxıb törətdikləri cinayət barədə düşünə bilsinlər"

"Niderlandda əhalinin hər 100 min nəfərinə cəmi 50 məhkum düşür ki, bu da dünyada ən aşağı göstəricilərdəndir"

"Niderlandın nasistlərdən azad edilməsində Lvovdan olan general Maçek də iştirak edib, ona görə də ukraynalılara yardım etmək bizim mənəvi borcumuzdur"

Niderlandda ukraynalı qaçqınlar arxitektura abidəsi olan həbsxanaya yerləşdirilib.

Yerli Breda şəhərciyində böyük həbsxana yeganə boş binadır. Son 20 ildə Niderlandda məhkumların sayı iki dəfə azalıb.

Moderator.az xəbər verir ki, bu barədə TCH nəşri yazıb.

Barmaqlıqlar, tikanlı məftil və cərəyan altında hasar- bunlar Niderlandın Breda şəhərciyinin mərkəzində yerləşən həbsxanadır.

Qədim binada parkinq edən velosipedlər və tanış hərflər gözə dəyir, bu da təsadüfi deyil, girişdə kiril hərfləri ilə yazılar var, axı, burada ukraynalı qaçqınlar yaşayır.

Uşaq rəsmləri asılmış dəhlizin arxasında nəhəng atrium var. İki yüz qapının hər birinin arxasında təkadamlıq kamera var, hazırda ukraynalılar üçün ikinəfərlik nömrə kimi istifadə edilir. Hazırda burada 350 nəfər yaşayır. Cəmi 5 boş otaq qalıb. Belə "kamera" yenicə təmir edilib, ikimərtəbəli çarpayı, işçi və gigiyenik zona var. "Burada ayaqyolu və rakovin var. Qonşularla bölüşməli olan yalnız duşdur", - yerli icraçı deyir.

Pəncərələrdə yeni pərdələr və süni rənglər var, lakin dəmir barmaqlıqları kəsib çıxarmaq mümkün olmayıb.

"Pəncərələrdə hələ də dəmir barmaqlıqlar var, çünki bu bina diqqətəlayiq yerdir və bizim çox şeyləri dəyişməyə ixtiyarımız yoxdur", - könüllü danışıb.

"Künbəz" adlanan həbsxana həqiqətən də XIX əsrdə yaradılan tarixi abidədir. Qədim qapıları və müasir mühafizəsi olan nəhəng kompleks Bredanın düz mərkəzində yerləşir. Yuxarıdan hətta iki yüz il əvvəl Niderlandda məhkumların rahatlığı üçün necə qayğı göstərildiyi görünür. Nəhəng künbəzdə çoxlu pəncərə var ki, daxildə təkcə geniş məkan deyil, həm də işıq olsun. Arxitektor Yoxan Mittseların düşündüyü kimi, insanlar tək-tək yerləşdirilib ki, onlar səmaya baxıb törətdikləri cinayətlər barədə düşünə bilsinlər.

Buradan sonuncu məhkumlar 2013-cü ildə köçürülüb və dövlət həbsxananı satışa çıxarıb.

Və insanların həbsə atılması bu binadan daha istifadə edilməməyin yeganə səbəbi deyil. Niderland məmurlarının sosial mərkəzlərlə fantaziyaları tükənmir.

Utrex şəhərində gəzinti həyəti şəhər çimərliyinə çevrilib, Amsterdamda isə məhkumlar üçün 15 kameranın yerində Suriya hamamı açılıb. Son 15 ildə Niderlandda iyirmi həbsxana bağlanıb. İkinci dünya savaşından sonra ölkədə məhkumların sayı iki dəfə azalıb. Hazırda hər 100 min əhaliyə cəmi 50 məhkum düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən birirdir.

"İkinci dünya savaşında Niderland nasistlər tərəfindən işğal edilib və ölkə tiranlığın və diktatorluğun təzyiqini hiss edib. Sonradan qərarların qəbuluna təsir edənlər həbsdə olmağın dəhşətlərindən xəbərdar olub və onlar həbsxanadan vaz keçmək mümkün olan yerlərdə onlardan istifadə etmək istəməyib", - kriminologiya professoru Fransis Peyks danışıb.

Hazırda 200 minlik Bredada həbsxana yoxdur. Burada bizim həmvətənlərimizdən birinin adını xatırlayırlar, o, hazırda Niderlandın fəxri vətəndaşıdır.

"General Maçek, Niderlandı nasistlərdən azad edən Polşa diviziyasının komandanı olub, Lvovun yaxınlığında doğulub. Biz xatırlamalıyıq ki, öz azadlığımıza görə o cümlədən lvovlulara borcluyuq, Ukraynadan olan insanlara yardım etmək bizim mənəvi borcumuzdur", - bunu Breda şəhərinin meri Pol Depla deyib.

Ona görə də meriya ukraynalılara şəhərdə boş olan yeganə binanı verib. Bredanın 300 sakini bir ay ərzində divarları boyayıb, mebelləri təmizləyib, onların uşaqları hər bir kamerada rəsmlər çəkib. Həmçinin oyun zalı və trenajor da düzəldiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.