Könüllülər pulsuz işləməlidirlər?

15-06-2022, 08:13           
Könüllülər pulsuz işləməlidirlər?
Bəzi kommersiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər. Ekspertlər bildirir ki, bu, insanların əmək hüququnun istismar edilməsidir.
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Bakupost.az -a açıqlama verib.
Hüquqşünas sui-istifadə hallarının müəyyən məsuliyyətə səbəb olduğunu qeyd edib:
“Tərəflər qarşılıqlı olaraq razılaşıblarsa, cəzalandırmaq barədə nə isə demək çətin məsələdir. Çünki könüllü maddi gözləntisi olmadan o işdə təcrübə qazanır. O, nə bu təcrübə üçün şirkətə pul verir, nə də gördüyü iş üçün ödəniş alır. Amma tərəflərdən kimsə könüllülükdən sui-istifadə edirsə, rəsmi işlərini kiməsə gördürürsə, tərəf də bundan şikayətçidirsə, bu artıq qanuni əmək münasibətlərinin qeyri-rəsmi aparılması olur. Bu da müəyyən məsuliyyət yarada bilər. Tərəf şirkətlə faktiki iş münasibətləri olmasına baxmayaraq, hüquqiliyin rəsmiləşdirilmədiyini göstərib şikayət edə bilər. “Könüllülük fəailiyyəti” haqqında qanuna görə, könüllüyə aid müqavilə olmalıdır. Könüllünün minimal sosial ehtiyacları qarşılanmalıdır. Bu, qanunun tələbidir. Bunu qanunda olduğu kimi kimin edib-etmədiyi isə məlum deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.