Ən sürətlə böyüyən qara dəlik tapıldı! Hər saniyə Yer kürəsi boyda bir ərazini udur

16-06-2022, 00:14           
Ən sürətlə böyüyən qara dəlik tapıldı! Hər saniyə Yer kürəsi boyda bir ərazini udur
Avstraliyalı astronomların rəhbərlik etdiyi alimlər qrupu son 9 milyard ildə ən sürətlə böyüyən qara dəliyi kəşf etdiklərini açıqlayıblar.
Bildirilib ki, qara dəlik hər saniyə Yer böyüklüyündə bir ərazini udur.

SİTAT.İNFO xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qara dəliyi kosmosda müəyyən miqdarda maddəni öz içinə çəkən bölgə kimi təyin edir.
Bu bölgədə cazibə qüvvəsi o qədər güclüdür ki, heç bir şey, o cümlədən işıq qaça bilməz.

Təsbit edilən son qara dəliyin ətrafındakı işıq haləsinin Süd Yolu Qalaktikasının işığından 7000 dəfə daha parlaq olduğu açıqlanıb. Eləcə də keyfiyyətli avadanlıqla həvəskar astronomlar tərəfindən görülməsinin mümkün olduğu bildirilib.

Avstraliya Milli Universitetinin rəhbərlik etdiyi araşdırmada Cənubi Afrikanın Cənubi Uels və Keyptaun şəhərlərində teleskoplardan istifadə etməklə qara dəliyin görüldüyü açıqlanıb.

Araşdırma aparan qrupun rəhbəri Dr. Christopher Onken qeyd edib ki, insanlar təxminən 60 ildir ki, bu cür kəşflər etməyə çalışırlar, lakin bu qara dəlik Süd Yoluna çox yaxın olduğu üçün aşkar edilməyib. Süd Yolunda o qədər çox ulduz var ki, bütün obyektləri izləmək asan deyil"
Bildirilib ki, bu yaxınlarda kəşf edilən qara dəlik Süd Yolunun mərkəzində yerləşən "Oxatan A" adlı qara dəlikdən 500 dəfə böyükdür.

Yerdən 26.000 işıq ili məsafədə yerləşən "Oxatan A" Günəşin kütləsindən təxminən 4 milyon dəfə böyükdür.

Qara dəliklər bəzi böyük ulduzların partlaması və ölümü ilə yarana bilər. Bəzi qara dəliklər həqiqətən nəhəng ölçülərə, Günəşin çəkisindən milyardlarla dəfə böyük ölçülərə çata bilər.

Qalaktikaların mərkəzində olan bu nəhəng canavarların necə meydana gəldiyi məlum deyil. Ancaq bunun qalaktikaların gələcəyinə və transformasiyasına böyük təsir göstərəcəyi şübhəsizdir.

Bu son qara dəliyin kəşfi sayəsində astronomlar qalaktikaların necə əmələ gəldiyinə dair yeni ipuçları tapmağa ümid edirlər.

Safura Bənnayeva,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.