Sinoptiklər yaxın günlərdə istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər
Fransa və İspaniyanın bir çox regionlarında anomal istilər hökm sürür. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Fransa meteorologiya xidməti 23 departamentdə istilərlə əlaqədar təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb.
İyunun 15-də Tuluzada havanın temperaturu 35 dərəcə, Lionda 36 dərəcə və Bordoda 33 dərəcəyədək yüksəlib. Sinoptiklər yaxın günlərdə istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
İstilər İspaniyaya da təsir edib. İyunun 15-də ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İspaniyanın 17 regionundan 9-da təhlükənin artdığı elan edilib.