"Yüzlük"lərlə bağlı VACİB AÇIQLAMA - VİDEO

23-02-2023, 10:34           
"Yüzlük"lərlə bağlı VACİB AÇIQLAMA - VİDEO
Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.
Mərkəzi Bankın açıqlamasına görə, ötən il əsginasların saxtalaşdırılmasına dair 452 faktdan 323-ü məhz 100 manatlıq əsginaslarla bağlı olub. Ümumilikdə isə, Azərbaycanda tədavüldə olan hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu da beynəlxalq təcrübə ilğə müqayisədə aşağı göstəricidir.
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, pulları təhlükəsiz edən onların mühafizə elementləridir. Məhz bu yolla saxta pulu orijinalından asanlıqla seçmək mümkündür.
Bank mütəxəssisi Ramil Məmmədov deyir ki, vətəndaşlar saxta əsginaslar ilə üzləşdikdə istənilən bankın filiallarına yaxınlaşıb onu təhvil verə bilərlər. Saxtakarlıq halı öz təsdiqini taparsa, fakt aktlaşdırılır və saxta əsginas Mərkəzi Banka göndərilir. Amma saxta pulun əvəzinə vətəndaşa orijinal pul verilmir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.