Ukraynada son yeddi ay ərzində vurulan İran dronlarının sayı açıqlanıb

26-02-2023, 12:18           
Ukraynada son yeddi ay ərzində vurulan İran dronlarının sayı açıqlanıb
“2022-ci ilin sentyabrından bəri Ukrayna ərazisində İranın 610 kamikadze dronu məhv edilib”.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk deyib.

O bildirib ki, bu müddət ərzində, həmçinin 650-dən çox qanadlı raket vurulub.

N. Oleşçukun sözlərinə görə, “Patriot” və SAMP/T-MAMBA hava hücumundan müdafiə sistemləri tezliklə Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-ə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.