Belarus Dövlət Sərhəd Komitəsi insidentlə bağlı xəbərləri təkzib edib

27-02-2023, 08:58           
Belarus Dövlət Sərhəd Komitəsi insidentlə bağlı xəbərləri təkzib edib
Belarusun Dövlət Sərhəd Komitəsi Ukrayna ilə sərhəddə atışma olması barədə xəbərləri təkzib edib. AYNA xəbər verir ki, bu barədə Komitənin “Vkontakte”dəki rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 25-də Ukrayna-Belarus sərhədində baş verən atışma ilə bağlı məlumat tamamilə yalandır.

“Ekstremistlərin yaydığı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Silahdan istifadə ilə bağlı insident baş verməyib, sərhəd naryadları atəş açmayıb”, - Dövlət Sərhəd Komitəsinin məlumatında vurğulanıb.

Departament əlavə edib ki, Belarus sərhədçiləri daimi dislokasiya yerlərində xidmət edir və yalnız rəsmi mənbələrə etibar edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi ölkənin raket qüvvələrinin bölmələrindən birinin döyüş hazırlığının yoxlanılmasına başlamaq əmri aldığını açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.