Xarici klinikalar rusiyalı xəstələrin müalicəsindən imtina edirlər

1-03-2023, 11:54           
Xarici klinikalar rusiyalı xəstələrin müalicəsindən imtina edirlər
Əvvəllər Rusiya Federasiyasının vətəndaşlarına tibbi yardım göstərən xarici klinikalar daha tez-tez müalicədən imtina etməyə başlayıblar.

Bu barədə tibb turizmi ilə məşğul olan şirkətlərin nümayəndələrinə istinadən məlumat yayılıb.

“Almaniyanın bir sıra dövlət və universitet klinikaları faktiki olaraq rusiyalı xəstələrlə işləməyi dayandırıb. Onlar müraciətləri qəbul edirlər, lakin cavab vermirlər”, - deyə “TopMedClinic” xidmətinin baş direktoru Viktoriya Sandaluk bildirib.

Ən böyük tibbi sığorta təminatçılarından biri olan “Madanes” alman dövlət klinikalarının Rusiyadan gələn xəstələrə xidmət göstərmədiyini təsdiqləyib.

Bundan başqa, Rusiya xeyriyyə fondları vasitəsilə xəstələrin xaricə müalicəyə göndərilməsi ilə bağlı problemlər var. Məsələn, 2022-ci ildə Amerikanın Texas Uşaq Xəstəxanası Xabenski Fondu ilə əməkdaşlığı “birtərəfli qaydada” dayandırıb. Fond əməkdaşlığın dayandırılmasını sanksiyalara görə Rusiyadan müalicənin ödənilməsinin mümkünsüzlüyü ilə əlaqələndirib.

Həmçinin, ekspertlər bildirdilər ki, rusiyalıların xaricdəki tibbi xidmətlərə çıxışı daha mürəkkəb logistika (Avropaya birbaşa uçuşların olmaması) və sənədləşmə xərclərinin artması səbəbindən azalıb.

Qeyd olunur ki, əgər əvvəllər tibbi turizm sahəsində rusiyalılar arasında İsveçrə, Almaniya və İsrail lider idisə, hazırda bu istiqamətdə Türkiyə, İsrail və Koreya üstünlük təşkil edir.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.