Bu insanlar işsiz qalacaq

4-08-2023, 19:14           
Bu insanlar işsiz qalacaq
“Müasir dövrün tələblərinə uyğun gəlməyən, hazırda axtarılan peşələr üzrə çalışmayan insanlar işsiz qalacaq. Onlar pulsuzluq riski ilə üzləşəcəklər”.

Teref.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Valentin Katasoanov deyib.

Ekspertin fikrincə, əmək bazarındakı mövcud vəziyyət ən gəlirli iş yerlərinin bölüşdürülməsi üçün öz şərtlərini diktə edir: “Bir qayda olaraq, ən çox pul hazırda ən zəruri ixtisası kifayət qədər mənimsəmiş şəxslərə ödənilir. Bu bir reallıqdır ki, müasir dönəmdə süni intellekt bir çox insanın işini görür. Hətta bu cür yüksək ixtisaslı mütəxəssislər də yaxın gələcəkdə yenidən hazırlıq keçməli olacaqlar. Yəqin ki, texnoloji tərəqqinin növbəti dalğası insanların və elektron cihazların harmonik birləşməsini təmin etməli olan texnologiyaların gündəlik həyata tətbiqi ilə bağlı olacaq. Artıq bu istiqamətdə inkişaflar gedir. Adi insanların əksəriyyətinə gəlincə, pulsuz qalmaq təhlükəsi onları həqiqətən də yordu”. (News24.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru