Şeyxin qardaşından ƏCAİB MƏNTİQ - Bunlar nə yeyirlər... nə içirlər...

5-08-2023, 12:17           
Şeyxin qardaşından ƏCAİB MƏNTİQ -
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadə hər kəsi təəccübləndirən açıqlama yayıb.

Gununsesi.info-nun xəbərinə görə, deputat Azərbaycanda adam öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının müdafiəsinə qalxıb. Bununla belə, onun siyasi məhbuslarla bağlı dedikləri isə birmənalı qarşılanmayıb:

“Rəşad Dağlı adam öldürüb. Onu bağışlamaq olar. Ancaq siyasi məhbusları heç vaxt bağışlamaq olmaz. Çünki onlar dövlətə qarşı çıxıb”.

Uzun illər Milli Məclisin üzvü olan bir adamın belə bir sərsəm açıqlama verməsi qınanmalıdır.

Cavanşir Paşazadənin 20 ildir ki, “millət vəkili” statusunu daşımasına baxmayaraq, hələ də “siyasi məhbus” anlayışının nə olduğunu bilmir.

Onu dərk etməyən deputatın nəzərinə çatdırırıq ki, “siyasi məhbus” cinayət törətməyən, ancaq həbs edilən adamlara deyilir.

“Siyasi məhbus”un kriterini beynəlxalq insan haqları təşkilatları çoxdan müəyyənləşdirib.

Görünür, başı biznesə qarışan deputat siyasətlə məşğul omağa vaxt tapmayıb.

Gununsesi.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.