ABŞ-da dünyada ilk dəfə olaraq doğuşdan sonra depressiyaya qarşı həb şəklində dərman təsdiq edilib

7-08-2023, 11:54           
ABŞ-da dünyada ilk dəfə olaraq doğuşdan sonra depressiyaya qarşı həb şəklində dərman təsdiq edilib
"Doğuşdan sonra depressiya bəzi hallarda intihara, körpəyə qulluqdan imtinaya və hətta yenidoğulmuş körpənin qətlinə gətirib çıxara bilər..."

"Yeni preparat 14 gündən sonra depressiya əlamətlərini yüngülləşdirir və onun təsiri dörd həftə ərzində saxlanılır..."

Birləşmiş Ştatlar doğuşdan sonra depessiyaya qarşı həb şəklində dərman təsdiq edilib.

Moderator.az xəbər verir ki, bu barədə Qida maddələri və dərman preparatlarının keyfiyyətinə nəzarət üzrə Federal İdarənin (FDA) saytında məlumat verilib. Məlumatı "Nytimes" nəşri yayıb.

İndiyədək müalicə yalnız "Zulresso" preparatının 60 saatlıq venadaxilinə yeridilməsi vasitəsilə aparılıb.

Doğuşdan sonrakı (postnatal) depressiya Birləşmiş Ştatlarda təxminən 10-15 faiz zahı qadınlarda doğuşdan bir ay sonra inkişaf edir. Xəstəliyin əlamələri arasında yuxunun və iştahanın pozulması, əsginlik, əsəbilik, zəiflik və suisidal fikirləri göstərmək olar.

Bəzi hallarda bu depressiya intihara, körpəyə qulluqdan imtinaya və hətta yenidoğulmuş körpənin qətlinə gətirib çıxara bilər.

Doğuşdan sonra depressiyanın yaranma səbəbləri dəqiq bilinmir. Risk amillərinə o cümlədən xəstəliyin ailə tarixçəsində depressiya və ya bipolyar pozuntu, stres, hamiləlik zamanı psixoloji və ya fiziki travmalar daxildir.

2019-cu ilədək doğuşdan sonrakı depressiya ilə mübarizə üçün psixoterapiya və antideprssantlar tətbiq edilib. 2019-cu ilin martında FDA bu məqsədlə "Zulresso" preparatını təsdiq edib, bu, 60 saatlıq damcı üsulu ilə müalicədən bir neçə gün sonra təsir göstərməyə başlayır.

Bir belə müalicənin qiyməti (stasionarda olmaq nəzərə alınmadan) 34 min dollardır. Yan təsirlər arasında başgicəllənməsi, baş ağrısı və yuxululuq müşahidə edilir.

Damcı üsulu ilə müalicədən sonra xəstələrə "Zulresso"nun törətdiyi yuxululuq əlaməti keçənədək sükan arxasında əyləşmək tövsiyyə edilmir.

Bahalı və mürəkkəb olduğudan və stasionarda olmaq tələb edildiyindən bu preparata böyük tələbat olmayıb.

Avqustun 4-də FDA tərəfindən ilk ağız boşluğundan qəbul edilən "Zurzuvae" preparatı təsdiq edilib.

Tədqiqatlar göstərib ki, "Zurzuvae" həbi 14 gündən sonra depressiya əlamətlərini yüngülləşdirir bu preparatı qəbul edən qadınlar bu barədə məlumat verib, həm də bunun təsiri son həbin qəbulundan sonra dörd həftə ərzində saxlanılıb.

Eyni zamanda, preparatın istehsalçısı olan "Sage Therapeutics" şirkəti xəbərdarlıq edir ki, preparat insanın avtomobil idarə etmək və digər potensial təhlükəli hərəkətləri icra etmək qabiliyyətinə təsir göstərə bilər.

Yan təsirlər arasında yuxululuq, başgicəllənməsi və suisidal fikirləri qeyd etmək olar. Preparatı gündə bir dəfə iki həftə ərzində yağlı yeməklə qəbul etmək lazımdır.

"Zurzuvae" ticarət nişanı ilə satılacaq həb Massaçusets ştatının "Sage Therapeutics" şirkəti tərəfindən "Biogen"lə şirkəti ilə birgə işlənib hazırlanıb.

Gözlənilir ki, mərkəzi sinir sisteminə təsir edən dərmanlar üçün Narkotiklərlə mübarizə İsarəsi tərəfindən zəruri olan 90 günlük yoxlamadan sonra bu preparatı əldə etmək mümkün olacaq. Şirkət həbin qiymətini hələ elan etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.