Onları soyuducuya qoymayın
6-12-2023, 10:14

Qidalar tərkibindəki vitamin və minerallara görə sağlamlığımız üçün çox vacibdir. Bəs, hansı qidaları soyuducuya qoymaq olmaz?Foodinfo.az bu qidaları təqdim edir:
POMİDOR İllərdir hər kəsin bildiyi yanlış fikirlərdən biri də pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində pomidor soyuducuya qoyulduqda soyuğun təsirrindən onun üzvi quruluşu pozulur. Qabıqları qırışan pomidorlarda bakteriya əmələ gəlməyə başlayır və bu yeyilən pomidorlar həzm xəstəliklərinə səbəb olur.
QƏHVƏSoyuducunun soyuqluğu və rütubəti qəhvənin həm dadını, həm də görünüşünü korlayır.KARTOF Əmmə xüsusiyyəti çox olan kartof saxlandığı mühitin qoxusundan asılı olaraq dadını dəyişir. Soyuducuda bir gündən çox saxlanılan kartof xarab olar, lakin görünüşü dəyişməz qaldığı üçün fərqinə varmaya bilərik.
ÇİLƏYƏK Çiyələk və moruq kimi giləmeyvələr quruluşlarına görə bakteriyaları saxlamağa hazırdır. Cyclospora bakteriyası daşıya bilən bu giləmeyvələr yığıldıqdan qısa müddət sonra xarab ola bilər.
AVACADOAvokado meyvəsinin daha tez yetişməsini və dadını saxlamasını istəyirsinizsə, soyuducuya qoymayın.
BANAN Bu, yetişməmiş bananlara da aiddir. Yetişməmiş bananları soyuducuya qoymayın. Belə meyvələr soyuducuya qoyulduqda öz dadını itirir. Bu növ meyvələri soyuducuya qoymamaq daha yaxşıdır.
SARIMSAQAntibakterial təsirə malik olan sarımsaq soyuducuda 2 gün saxlandıqda bakteriya əmələ gətirir. Bal, mürəbbə, şokolad kimi şirin qidalar soyuducuda öz üzvi xüsusiyyətlərini itirir. Mürəbbə və balın axıcılığı ilə yanaşı dadı da pisləşir.