İnsanlar niyə plastik cərrahın bıçağının altına girirlər? VİDEO

15-02-2025, 10:18           
İnsanlar niyə plastik cərrahın bıçağının altına girirlər?  VİDEO
Trenddə olmaq. Yəqin ki, bu, Azərbaycanda insanların plastik cərrahiyyə əməliyyatına girmələrinin əsas səbəblərindən biridir. Maraqlıdır, görəsən xəstələr bir saniyəlik risklər barədə düşünüb əməliyyata düzgün hazırlaşırlar?
Ölkədə üz gərmə, burun və sinə korreksiyası, liposaksiya əməliyyatına böyük tələbat var. Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, həkim-cərrah Vaqif Qələndər deyir ki, estetik cərrahiyyənin əsas müştəriləri daha çox 20-50 yaş arası olan qadınlardır. Bir çox xanımlar üz formalarına görə komplekslər yaşayırlar və üz gərmə əməliyyatı etmək istəyirlər.
Təbii ki, biz sosial şəbəkələrdə çox vaxt keçiririk və orada xarici görünüşümüzə görə qiymətləndirilirik. "Bəyənmə" uğrunda əsl mübarizə gedir. Biz ətrafdakıların fikirlərindən o qədər asılıyıq ki, hətta əməliyyata gedəndə belə sosial şəbəkə səhifələrindən seçdiyimiz ən yeni həkimlərə müraciət edirik.
Kosmetoloq Elnarə Rzayevanın sözdərinə görə, Azərbaycan qadınları kosmetoloqa getmələrini son ana qədər ya təxirə salırlar, ya da gizlədirlər. Ancaq reallıq budur ki, gözəl və sağlam dəri yalnız vaxtında peşəkar qulluq nəticəsində əldə edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru