"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı

28-04-2025, 12:21           
"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı
"Google" "Find My Device" (Cihazımı Tap) şəbəkəsinin sürətinin dörd dəfə artırıldığını elan edib.

Gazeta.ru xəbər verir ki, şirkət həmçinin UWB texnologiyasının dəstəklənməsinin yaxın zamanda təqdim olunacağını təsdiqləyib. Bu, cihazların yerinin daha dəqiq müəyyən edilməsini təmin edəcək.

Məlumata görə, xidmət ilk buraxılışında istifadəçilər tərəfindən aşağı sürətə görə tənqid olunmuşdu.

"Google" bu ilin əvvəlindən etibarən səmərəliliyi artırmaq üçün bir sıra optimallaşdırmalar həyata keçirib. Alqoritmlər və texniki parametrlər təkmilləşdirilib.

Lakin hətta bundan sonra da "Google"un xidməti hələ də "Apple" sisteminin dəqiqliyinə çatmır. Mütəxəssislər bunu "Google"un məxfilik prinsiplərinə üstünlük verməsi ilə əlaqələndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru