"Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." - GİLEY

Bu gün, 16:56           
"Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." - GİLEY
"Şikayərim "İzmir" Restoranındandır. Deməli, bu məkan qədər səviyyəsiz və biyabırçı yerdə hələ olmamışdıq. Ad günümü ailəmlə qeyd etmək üçün gedib, əlimizdə tortla əsəbdən ağlayaraq tərk etdiyim restoran…" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Cənnət Balayeva adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir (vətəndaşın müraciətini olduğu kimi (redaktə etmədən) təqdim edirik -red.): 1. Əvvəla mən 2 gün öncədən nömrələrinə yazıb, zəng edib yer rezerv etmişəm ayın 30-u üçün. Beh verilməsi barədə heçbir söz deyilməyib və məkana çatanda uzun axtarışlar sonrası deyildi ki rezervimiz olunmayıb beh atmadığım üçün. Halbuki istəməmişdilər. Və beləcə biz ayaqda qaldıq ailəmizlə, arxalardan bir stol tapıb özümüz əyləşdik.

2. Ofisantlar çağırmasaq gəlmir, baxmır. Biri yaxınlaşdı dedik menyu verin. Menyu kseri halında bir dənə kağız gəldi. Bildirdim ki, biz çoxuq bir dənə kifayət deyil, getdi 10 dəq sonra bir dənə də kseri gətirdi yanında da qələm ki, yazın arxasına nə istəyirsiz. Belə sifarişi də ilk dəfə görürdüm. Nəysə, yazdıq verdik ofisanta.
Ofisant 20 dəq yoxa çıxdı, əvəzinə başqası gəldi dedi filan yemək yoxdu başqasın seçin, getdi. Biz də seçdik və yenə kağızı götürüb getdi. 15 dəq sonra başqa ofisant gəldi yenə dedi filan yeməklər də yoxdu, yenə başqasın seçdik, verdik, getdi. 3cü dəfə də başqa ofisant və adminstrator gəldi ki üzrlü sayın ofisantlarımız xamdı bilmiyiblər bizdə kababdan başqa şey yoxdu. Burda uje özümdən çıxdım dedim ki necə yəni, bura day day kafesi deyil də restorandı kabab istəmirik, adminstrator kobud və etik olmayan şəkildə üstümüzə qışqırır ki budu yeyirsiz yeyin. Sonra bildiyiniz qabaqdan qalan, yeyilməyən suyu süzülmüş iki salat və turşuları gətirdilər ki bunlar var, mamagil də acından ölməmək üçün dedilər okay verin. Qardaşıma da pizza demişik ama nə pizza) soruşur ki nəli edək? Bir 15 dəq də soğan salatı ilə çörək yeyəndən sonra dedim uje dözə bilmirəm durun gedək((

3. Yaxınlaşdım kassa yerinə. Kassa yoxdur, bir qadın qabağında kağız və kalkulyatorla şot hesablayır. Post terminal yox, maraqlanan yox. Bir soruşan yox ki niyə gedirsiz. O qabaqdan qalan salatların da pulun ödəyib çıxdıq.

4. Düşünürəm ki, hər hansı çayxana və ya aralıq yerdə olan kafelər burdan daha hörmətlidi. Nəinki xüsusi günləriniz, adi vaxtda da bura getmək uduzmaq deməkdi..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru