Müsahibəyə çağırılmaq üçün CV-yə nə yazmalısınız? - 100 faiz işləyən məsləhətlər

Bu gün, 15:24           
Müsahibəyə çağırılmaq üçün CV-yə nə yazmalısınız? -
Müasir dövrdə iş axtarışında olan hər kəs üçün düzgün tərtib olunmuş CV böyük əhəmiyyət daşıyır. Bu, yalnız savadlı yazı, əvvəlki iş təcrübəsi və peşə bacarıqları ilə məhdudlaşmır. Mütəxəssislər bildirirlər ki, işə qəbul şansını artırmaq üçün bəzi incə məqamlara xüsusi diqqət yetirmək lazımdır.

Valyuta.az xəbər verir ki, "Forbes" ekspertlərinin sözlərinə görə, yaxşı yazılmış CV işəgötürənə namizədin vakansiya təsvirini diqqətlə öyrəndiyini göstərir. İşəgötürən sizin bütün bacarıqlarınız və təcrübəniz barədə məlumatlı ola bilməz, buna görə də onları açıq şəkildə izah etmək lazımdır:

* CV-ni konkret olaraq müraciət etdiyiniz vəzifəyə uyğunlaşdırın. Bunun üçün şirkətin "Haqqımızda", "Məsuliyyətlər" və "Namizəddən tələblər" bölmələrini diqqətlə oxuyun.

* Hər bir bacarıq və nailiyyətinizi faktlarla dəstəkləyin. Məsələn: "Müştəri cəlb etmə prosesini təkmilləşdirərək xidmət gecikmələrini 20 faiz azaltdım".

* CV-də yazılan hər şey yalnız sizin real bacarıqlarınızı əks etdirməlidir. Menecer vəzifəsinə müraciət edirsinizsə, rəhbərlik bacarıqlarınızı xüsusi vurğulayın.

* Şirkəti əvvəlcədən öyrənin və CV-nin onun dəyərləri, mədəniyyəti və vizyonu ilə uzlaşmasına diqqət edin. Məsələn, şirkət "mükəmməlliyə can atmağı" əsas dəyər kimi göstərirsə, sizin də ixtisasartırma sertifikatlarınızı qeyd etməyiniz müsbət təsir bağışlayacaq.

* CV ilə yanaşı, motivasiya məktubunda da şirkət mədəniyyətinə necə uyğun olduğunuzu qısaca ifadə edin.

Mütəxəssislər vurğulayır ki, hər vakansiya üçün CV-ni ayrıca uyğunlaşdırmaqla namizədlər əvvəlkindən iki dəfə çox müsahibə dəvəti almağa başlaya bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru