"ChatGPT"də valideyn nəzarəti sistemi tətbiq edilib
Bu gün, 16:58
"OpenAI" şirkəti "ChatGPT"nin desktop və mobil versiyalarına valideyn nəzarəti sistemini tətbiq edib.
Bu barədə "Reuters" agentliyi xəbər verir.
Nəzarət sistemi sayəsində valideynlər yeniyetmələrin həssas məzmuna girişini məhdudlaşdıra, söhbət tarixçəsini yadda saxlama funksiyasını idarə edə biləcəklər.
Lakin onlar yeniyetmənin söhbətlərinə birbaşa giriş əldə edə bilməyəcəklər.