"YouTube" Trampla razılaşıb, 24,5 milyon dollar ödəyərək məhkəməni dayandırıb

Bu gün, 15:44           
"YouTube" Trampla razılaşıb, 24,5 milyon dollar ödəyərək məhkəməni dayandırıb
"YouTube" Donald Trampın 2021-ci ildə ABŞ Konqresinin 6 yanvar hücumu sonrası kanalının səhvən dayandırıldığını iddia edərək açdığı məhkəməni 24,5 milyon dollar ödəməklə həll edib.
Bizimyol.info xəbər verir ki, "Google"a aid olan platforma, əvvəllər Trampın hesabları ilə bağlı qərarlar səbəbindən bir sıra texnologiya şirkətləri ilə milyonlarla dollar məbləğində ödəmə razılaşmaları aparıb.

Tramp "YouTube" və "Alphabet" baş direktoru Sundar Piçaiyə qarşı məhkəmə iddiası qaldırmışdı. O, platformanın “ölkənin ictimai müzakirələrini diktə etmək gücünü qazandığını” iddia edirdi. "YouTube" isə kanalın zorakılığı təhrik etdiyi üçün dayandırıldığını açıqlayıb. Razılaşmaya görə, məhkəmə işi bağlanıb.

Bu xəbər, "YouTube"un daha əvvəl "COVID-19" və 2020-ci il ABŞ prezident seçkiləri ilə bağlı yanlış məlumat yaydığı üçün qadağan edilən yaradıcıların yenidən bərpa ediləcəyini açıqlamasından bir həftə sonra gəlib. "YouTube" qadağaların Co Baydenin təzyiqlərindən dolayı tətbiq edildiyini bildirib.

"Facebook"un ana şirkəti "Meta" Tramp ilə oxşar bir məhkəmə razılaşması imzalayaraq 25 milyon dollar, "X" (keçmiş Twitter) isə fevral ayında 10 milyon dollar ödəyib. "Meta" razılaşmasından əldə edilən vəsaitin böyük hissəsi Trampın prezident kitabxanasına yönləndiriləcək. "YouTube" razılaşmasında isə, Tramp ödəmənin 22 milyon dollarını Milli Mallı bərpa və qorumaqla yanaşı, Ağ Ev bal salonunun inşasına dəstək verməyə yönləndirib.

Üç məhkəmə işinin hüquqi tərəfdaşı və Trampın dostu olan vəkil Con Cole, mətbuata bildirib ki, Trampın Ağ Evə qayıtması, texnologiya şirkətləri ilə bu cür razılaşmaların əldə olunmasında mühüm rol oynayıb. Cole: "Əgər Trump yenidən seçilməsəydi, biz sonsuza qədər məhkəmə çəkişmələrində olacaqdıq", - deyib.

"YouTube" 12 yanvar 2021-ci ildə Trampın kanalını yeddi gün müddətinə dayandırmış, 6 yanvar hadisələri ilə bağlı etdiyi açıqlama səbəbindən zorakılıq riski yaratdığı üçün qadağa uzadılmışdı. 2023-cü ilin martında, Tramp ikinci prezidentlik kampaniyasına başladıqdan sonra, "YouTube" onun kanalını yenidən bərpa edib. Tramp, "GERİ DÖNDÜM!" mesajı ilə izləyicilərini salamlayıb.

Qadir, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru