“AYNA dələduzluqla məşğuldur” — Baş redaktorun kartından pul silindi (FOTOLAR)

Bu gün, 12:18           
“AYNA dələduzluqla məşğuldur” —
Bu hal ikinci dəfə təkrarlandığından yazmaq məcburiyyətində qaldım.

AzParking tətbiqini telefona yüklədiyim üçün parklanma ödənişlərini bir qayda olaraq bunun üzərindən edirəm.

Demək, Abbas Mirzə Şərifzadə küçəsində avtomobilimi saxlayıb vaxtı başlamışam.

Təxminən 1 saat sonra ərazini tərk etmişəm.

Həm bank kartımdan pul silinib, həm də AzParking tətbiqində uğurlu ödəniş mesajını almışam.

1 gün sonra mənə AYNA -dan 20 manat cərimə bildirişi gəldi.

Qaynar xəttə zəng etdim, əməkdaş bildirdi ki, cərimə yazılıb, qanunidir.

Şikayət edəcəyimi dedim.

Bugün baxıram, AYNA AzParking tətbiqində "Uğurlu Ödəniş" bildirişini silib.

Bank kartımdan ödəniş qəbzini silə bilməz təbii ki...

Bu dələduzları kim tapır, hardan tapır vəzifələrə gətirirlər?

Bir dəfə də belə hadisə olmuşdu, üzrxahlıq edib ,cəriməni sildilər.

Bildirdilər ki, tətbiqin problemi olub.

Amma bu dəfə etiraf etməsələr də fırıldağa əl atdılar.

P.S. Bir izləyicim mənə AYNA -da adına maaş yazılıb,amma işə çıxmayan çoxsaylı işçi ştatı barədə məlumat yazmışdı.

Baxıram, silinib. Həmin izləyicim, bu postu oxusa , onu təkrar yollasın!














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru