Kanadada turistlər nadir hadisənin şahidi oldular: Ağ və qara ayının döyüşü
Bu gün, 10:58
İslandiyalı turistlər Kanadada ağ və qara ayılar arasında real döyüşün şahidi olublar.
Bu barədə CBC telekanalı xəbər verib.
Bununla bağlı yayılan kadrlardan görünür ki, ağ ayı və balası suitinin cəsədi ilə qidalanırlar. Gözlənilmədən meydana çıxan qara ayı vəziyyəti tamamilə dəyişir. Dərhal ağ ayı ilə qara ayı arasında şiddətli qarşıdurma baş verir. Nəticədə, qara ayı geri çəkilməyə məcbur olur.
Turistlərdən birinin sözlərinə görə, əvvəllər təbiətdə ağ və qara ayıların qarşılaşması haqqında əfsanələr eşitsə də, bu vaxta qədər heç bir dəlil mövcud olmayıb.
İndi bir çox insanlar belə görüşün fotolarının həqiqiliyinə şübhə edirlər və bunların süni intellekt vasitəsilə yaradıldığını düşünürlər.