Şamaxı və Ağsu TƏBİB-(lər)i xəstəni yenidən komaya salıb - 10 ilin şəkər, ürək, “Parkinson” xəstəsinə icbari tibb(siz) sığorta “qayğısı” Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI

Bu gün, 17:38           
Şamaxı və Ağsu TƏBİB-(lər)i  xəstəni yenidən  komaya salıb -
TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən xəstə komaya düşüb

Bu iddia Yenixeber.org- daxil olmuş şikayətdə yer alır:

10 ildən çoxdur ağır şəkər, hipertoniy, ürək, Parkinson xəstəsi , Ağsu rayonu, Pirhəsənli kənd sakini Samir Xasayevin sağlamlıq durumu yenidən kritik həddə çatıb, xəstə dörd gündür komaya düşüb. Hamısı da TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən. Xəstəni keçən il ağır durumda- xərəkdə Şamaxı RMX-ya həkim komissiyasına aparan ailə üzvləri orada İslam adlı “ekspertin” özbaşınalığı ilə üzləşib. Xərəkdə inləyən xəstəyə baxmadan İslam “həkim” (dırnaq işarəsi mütləqdir, çünki həkim xəstəyə baxandır, bunlar isə baxmaqdan belə imtina edir) ƏƏSMN-ə forma-88 göndərməkdən imtina edib ki, 180-200 arası qan təzyiqi, ağır şəkərdən qıçları, gözləri tutulan “Parkinson” xəstəsində əlillik əlamətləri yoxdur!(??) Bir ildən çoxdur xəstənin ailə üzvləri TƏBİB-i ailə başçısının ağır durumuna diqqət etməyə yönəldə bilmir. Bu da sonuc, xəstə yenidən ağır durumda – komadadır. Ağsu RMX 4 gündür onu həyata qaytarmağa çalışır. Amma baxımsızlıq, vaxtlı-vaxtında dərmanların verilməməsi insanları ölümə sürükləyir. Təsəvvür edin, xəstənin doğmaları komada olan ailə başçısının durumundan hüquq orqanlarına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, İTS DA-ya (İcbari TİBBSİZ Sığorta Dövlət Agentliyinə) təcili tədbir görülməsinə müraciət edib, İTS anında TƏBİB-ə müraciət etməyi məsləhət görüb.(?). Bəyəm özü TƏBİB-ə müraciət edə bilməz? Elə belə “diqqət”in, tibbi xidmət özbaşınalığının nəticəsidir ki, xəstələr komaya düşür, ölümə tərk edilirlər. “Ekspert məsləhətçilər” isə xəstənin yox, ciblərinin qayğısına qalır.

Ümid edirik ki, ali dövlət hakimiyyəti orqanları xəstənin həyatda qalması üçün diqqətini əsirgəməz.

PİR HƏSƏNLİ













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru