Yağış yağanda yolları "su altında" qalan Zabrat... Kəndlərə gedən olmasa, bu yollara baxan olmaz - Video

Bu gün, 15:18           
Yağış yağanda yolları "su altında" qalan Zabrat... Kəndlərə gedən olmasa, bu yollara baxan olmaz - Video
Mən əslən Zabratlıyam və gözümü açandan Zabratın küçələrini belə görmüşəm. Yayda kələ-kötür, toz dolu, payızda və qışda gölməçə...
Yadıma gəlir, Zabratın gölməçə olması ilə bağlı bir zamanlar deyimlər də var idi. Deyirdilər ki, “qurbağalı gölləri var, Zabratın”...

Bu kəndlə heç kim maraqlanmayıb. Məsələn, Zabratda hələ də normal işləyən kanalizasiya sistemi yoxdur. Əhali kanalizasiya sularını ya küçələrə yönləndirir, ya da ən yaxşı halda həyətdə şanbo qazıb ora tökür və mütəmadi olaraq da maşınla həmin sular daşınır.

Bu gün də Zabratın yolları bərbad vəziyyətdədir. Məsələn, Zabrat dairəsi tərəfdən Zabrata daxil olmaq istəsən, yağışlı günlərdə öncə qarşına bir gölməçə çıxacaq və bir az irəlidə qəbirstanlığın yanı ilə hərəkət etməyə başladığın zaman görəcəksən ki, yaxınlıqda yaşayanlar öz kanalizasiya sularını küçəyə axıdır. XXI əsrdə kanalizasiya suları küçəyə axıdılır, dəhşətli vəziyyətdir...

Zabrat ancaq Zabrat yolundan keçəndə diqqət çəkir. Çünki bu yoldan çoxları kəndlərə getmək üçün istifadə edir. Düşünürəm ki, Zabratın bu yolu olmasaydı, bu ərazi çoxdan unudulardı. Yağışlı günlərdə yolunuzu Zabratdan salın, bəlkə təmir etdirmək yadınıza düşə...

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru