Türkiyə sahillərində nəhəng mavi meduza kabusu: Əhali narahatlıq içindədir VİDEO
Bu gün, 16:18
Türkiyənin Bursa şəhərində nəhəng mavi meduzalar Mudanya sahilinə çıxmağa başlayıblar. Oxşar mənzərə keçən həftə Gemlik çimərliyində də yaşanıb.
Bu barədə İHA xəbər verir.
Bildirilir ki, Gemlik və Mudanya bir müddətdir meduza kabusu yaşayır. Həm heyvanlara, həm də balıq torlarına zərər verən meduzalar havaların soyuması və qasırğaya görə çimərlik sahillərində görünməyə başlayıblar ki, bu da sakinlər və balıqçılarda narahatlıq yaradıb. Əhali Mudanya Bələdiyyəsindən sahillərin təmizlənməsini tələb ediblər.
Gemlik Dəniz Məhsulları Kooperativinin rəhbəri Hüseyin Dalarel qeyd edib ki, həftələrdir Mərmərə dənizində davam edən meduza kabusu balıqçılara da ciddi ziyan vurur. Onun sözlərinə görə, eyni zamanda dənizdə selikli kütlə problemi də baş qaldırıb. O qeyd edib ki, hazırda meduzalar ölü olaraq sahilə çıxırlar.
"On minlərlə meduza qəfildən yox oldu. Onların selikli kütlə səbəbindən öldüklərinə inanırıq", - deyə o bildirib.