Yəmən sahillərində atəşə tutulan gəmi alova qərq olub

Bu gün, 12:44           
Yəmən sahillərində atəşə tutulan gəmi alova qərq olub
Yəmənin Ədən liman şəhərindən 237 km cənub-şərqdə gəmi atəşə tutulub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları Əlaqələndirmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, gəmi naməlum mərmi ilə vurulduqdan sonra alova qərq olub. Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edilir ki, gəmi Niderland bayrağı altında üzüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru